Qanlı Yanvar: Unudulmayan Faciə-SAHİLƏ BAYRAMLI
Azərbaycan xalqının milli azadlıq ruhunun, müstəqillik arzusunun qarşısının alınması məqsədilə keçmiş SSRİ qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mülki əhaliyə qarşı amansızcasına törətdiyi qanlı hadisədən – 20 Yanvar faciəsindən 35 il ötür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən dəhşətli hadisə, Bakıda və respublikamızın digər bir neçə rayon və şəhərlərində qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.
Həmin gecə dinc insanlara qarşı silahlı hücumlar edildi. Sovet qoşunları, tanklar və digər ağır silahlarla mülki əhalinin üzərinə şiddətlə hücum etdilər. Xalqın hüquqi etirazı, qanlı bir repressiyanın qurbanı oldu. Bu hadisələr zamanı yüzlərlə insan həlak oldu, yüzlərlə insan yaralandı, bir çoxu isə həbs olundu.
Qara Yanvar hadisələri, yalnız Azərbaycanda deyil, bütün dünyada insan hüquqlarının pozulması deməkdir və buna baxmayaraq xalqımız müstəqillik uğrunda mübarizəni gücləndirdi. Bu faciə bir daha sübut etdi ki, Azərbaycan xalqının azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizəsini dayandırmaq mümkün deyil. Hər il yanvarın 20-də xalqımız bu hadisəni dərin hüznlə anır, şəhidlərin xatirəsini yad edir. Şəhidlər Xiyabanı, bu gün Azərbaycanın milli yaddaşında mühüm bir yer tutur. Burada həyatını itirənlərin xatirəsinə hörmət və ehtiramla yad edilir.
Qara Yanvar, Azərbaycanın müstəqillik mübarizəsində unudulmaz bir səhifədir. Azərbaycanın xalqı öz suverenliyini qazanmasında əhəmiyyətli rol oynadı. Bu amansız hadisə, hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq və bu dəhşətli hadisə xalqımızın qan yaddaşı olaraq heç bir zaman unudulmayacaqdlr.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
AzTurkxeber.az