azturkxeber.az
http://azturkxeber.az

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

15-01-2025 Baxılıb: 7

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı maarifləndirmə və məlumatlandırma tədbirləri davam etdirilir. Bununla bağlı Dövlət Komitəsində Xocalı rayonunun Ballıca kəndinə köçürüləcək vətəndaşlarla görüş keçirilib.

Komitədən bildirilib ki, tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı haqqında hazırlanmış videoçarx məcburi köçkünlərə təqdim edilib.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsinin aidiyyəti şöbə, yerli nümayəndəlikləri və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031