“Səma xanımı” filminin təqdimatı keçirilib
14 yanvar 2025-ci il tarixində Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr olunan “Səma xanımı” qısametrajlı filminin təqdimatı keçirilib.
AzTurkxeber.az-ın məlumatına görə, Elvin Əhmədoğlunun rejissoru və ssenaristi olduğu film Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Televiziyası və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə ekranlaşdırılıb.
Təqdimat zamanı filmin ötən ay faciəvi təyyarə qəzasında həlak olan Milli Qəhrəmanlarımız İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ithaf edildiyi qeyd edilib və onların əziz xatirəsi anılıb.
Qeyd edək ki, peşəsinə sevgisi və qəhrəmanlığı ilə tariximizdə iz qoymuş Leyla Məmmədbəyova ilk təyyarəçi qadın olmaqla yanaşı, tarixdə ilk qadın paraşütçülərindən biri kimi də tanınıb.