azturkxeber.az
http://azturkxeber.az

"Ziraat Bank"ın Naxçıvan filialı fəaliyyətə başlayıb

15-01-2025 Baxılıb: 15

 Yanvarın 15-də "Ziraat Bank Azərbaycan" ASC-nin Naxçıvan filialı istifadəyə verilib.

AzTurkxeber.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu, konsulluğun əməkdaşları, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya, "Ziraat Bank Azərbaycan" ASC İdarə Heyətinin sədri Selçuk Demir və Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov Türkiyənin ən böyük banklarından olan “Ziraat Bank”ın Azərbaycanda 10-cu filialının Naxçıvanda istifadəyə verilməsini mühüm yenilik kimi dəyərləndirib, hər kəsi bu münasibətlə təbrik ediblər. Çıxışlarda “Ziraat bank”ın Naxçıvan iqtisadiyyatının inkişafına töhfə verəcəyi və sahibkarlıq üçün yeni üfüqlərin açılacağı ifadə olunub.
Sonra filialda yaradılan şərait və göstərilən xidmətlərlə tanışlıq zamanı məlumat verilib ki, “Ziraat Bank Azərbaycan” 160 illik tarixə malik olan və dünyanın 19 ölkəsində fəaliyyət göstərən “Ziraat” Maliyyə Qrupunun üzvü olaraq geniş müxbir əlaqələrinə malikdir. Burada müştərilərə beynəlxalq ticarətdə istifadə edilən ən müasir bank məhsulları və xidmətləri təqdim edilir. Dünyanın ən qabaqcıl bankları ilə partnyor əlaqələri mövcud olan bank ölkəmizdə istehsalın hər sahəsində müştərilərə kredit və xüsusi faiz dərəcələri təklif edir. Filialda sahibkarlığın inkişafı, xüsusilə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə xüsusi şərtlər təqdim ediləcək.
Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə “Ziraat Bank Azərbaycan” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. “Ziraat Bank Azərbaycan” ASC İdarə Heyətinin sədri Selçuk Demir və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri Vüsal Novruzovun imzaladığı müqaviləyə əsasən tərəflər güzəştli kreditlərlə sahibkarlara maliyyələşdirmə imkanları yaradılmasına birgə dəstək olacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031