Fəxrəddin Altun Suriyanın yeni rəhbərliyinə dəstək vəd edib
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Fəxrəddin Altun Suriyanın yeni rəhbərliyinə qarşı yönələn qara təbliğat, dezinformasiya və sistematik yalanlara qarşı hər cür dəstək verməyə hazır olduqlarını bildirib. O, Suriyanın yeni İnformasiya naziri Məhəmməd Yaqub əl-Ömər ilə telefon danışığı aparıb. Danışıq zamanı Türkiyə ilə Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq, həmçinin dezinformasiya ilə mübarizə məsələləri müzakirə olunub.
Fəxrəddin Altun Suriya xalqının gerçək fikirlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayaraq bu məsələlərdə dəstək göstərməyə hazır olduqlarını ifadə edib. Nazir əl-Ömər isə Türkiyə ilə koordinasiyalı şəkildə çalışmağa davam edəcəklərini qeyd edərək Altunu Suriyaya dəvət edib.