azturkxeber.az
http://azturkxeber.az

İlin əvvəlindən indiyədək 366,9 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

12-12-2024 Baxılıb: 0

IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-noyabr aylarında 366,9 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 149 mini münasib işlərlə təmin olunub, 16,1 mini isə kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünüməşğulluq proqramına cəlb edilib.

Bu ilin 11 ayında 14,5 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 187,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031