azturkxeber.az
http://azturkxeber.az

Türkiyə XİN: ABŞ-ın Cənubi Kiprlə bağlı qərarını qınayırıq

17-01-2025 Baxılıb: 8

Türkiyə XİN: ABŞ-ın Cənubi Kiprlə bağlı qərarını qınayırıq

ABŞ tərəfindən Cənubi Kiprin silah satışı və hərbi təlim üçün uyğun ölkə olaraq təyin edilməsi ilə bağlı qərara görə, Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Nazirlikdən bildirilib ki, bu qərar qınanılır, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Xarici İşlər Nazirliyi tərəfindən mövzu ilə bağlı edilən açıqlamada qeyd olunan ifadələrlə həmfikirlik nümayiş etdirilir.

“Ada üzərindəki silahlanma fəaliyyətlərini artıracaq bu qərarı ciddi bir səhv olaraq qiymətləndiririk. Bölgəmizin son dərəcə həssas bir dövrdən keçdiyi nəzərə alınaraq, bütün tərəflərin təhrikedici addımlardan çəkinməsi və təmkinli davranması vacibdir. ABŞ-ın yaxın vaxtlarda vəzifəyə gələcək yeni rəhbərliyinin, mövcud Prezident tərəfindən atılan bu səhv addımdan geri dönməsini gözləyirik”, - deyə mətndə bildirilib.

Qeyd edilib ki, Türkiyə Şimali Kiprin müdafiə qabiliyyətlərini artırmaq məqsədilə atacağı addımları dəstəkləməyə davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031