azturkxeber.az
http://azturkxeber.az

Bakıda 38 yaşlı kişinin qətlində təqsirləndirilən qadına hökm oxunub

21-01-2025 Baxılıb: 16

Bakıda 38 yaşlı kişinin qətlində təqsirləndirilən qadına hökm oxunub

Bakıda adam öldürməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ruhiyyə Tahirova 10 il müddətində azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən Ruhiyyə Tahirovanın 12 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən il mayın 30-da paytaxtın Sabunçu rayonu ərazisində baş verib. 1986-cı il təvəllüdlü Samir İsrəfilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirovanın aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Samir İsrəfilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031