azturkxeber.az
http://azturkxeber.az

İtaliyada keçən il inflyasiya göstəricisi artıb

17-01-2025 Baxılıb: 5

İtaliyada keçən il inflyasiya göstəricisi artıb

İtaliyada 2024-cü il ərzində inflyasiya səviyyəsi 1 faiz artıb. 2023-cü ildə bu göstərici 5,7 faiz olub.

Bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilir ki, ötən ilin dekabr ayında isə inflyasiya səviyyəsi əvvəlki aya nisbətən 0,1 faiz, illik müqayisədə isə 1,3 faiz artıb.

Enerji məhsullarının qiymətləri inflyasiya göstəricisinə təsirsiz ötüşməyib. Belə ki, dekabrda tənzimlənən enerji qiymətlərində 11,9 faiz artım qeydə alınıb. Tütün məmulatları da daxil olmaqla bütün növlər üzrə milli istehlak qiymətləri indeksi illik əsasda 2 faiz artıb. Qida sektorunda qiymətlərin orta illik artımı isə 2,5 faiz təşkil edib.

İnflyasiya göstəricisinin 2025-ci ildə də artım tendensiyası göstərəcəyi proqnozlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031