“PostEurop” Baş Assambleyasına həsr olunmuş xüsusi poçt markası möhürləndi




Bakıda “Azərpoçt” MMC-nin ev sahibliyi ilə keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumu çərçivəsində xüsusi poçt markasının möhürlənmə mərasimi baş tutdu.
Azturkxeber.az xəbər verir ki, mərasimdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Manaf Babayev, “PostEurop”un İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez, təşkilatın Baş katibi Botond Szebeny və Ümumdünya Poçt İttifaqının (ÜPİ) Baş direktoru Masahiko Metoki iştirak edərək poçt markasını möhürlədilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: