Sahibə Qafarova: Parlament diplomatiyası sülh, dialoq və əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır

“Parlament diplomatiyası beynəlxalq münasibətlərdə sülhün, dialoqun və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır”. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Cenevrə Universitetində çıxış edərkən danışıb.
O, bildirib ki, parlamentlər fikir ayrılıqlarının qarşıdurma deyil, müzakirə, qaydalar və məsuliyyət çərçivəsində idarə olunması üçün mühüm platformadırlar. Milli Məclisin sədri ölkələr arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması, qarşı tərəfin mövqeyinin daha yaxşı anlaşılması və dialoqun davam etdirilməsi baxımından parlamentlərə mühüm imkanlar verildiyini söyləyib.
O, diqqətə çatdırıb ki, parlament diplomatiyası müxtəlif formalarda, o cümlədən parlament rəhbərlərinin görüşləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, komitələrarası əməkdaşlıq, regional və qlobal parlament forumlarında iştirak vasitəsilə həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: