Paraatletika üzrə Açıq Qapı Günü keçiriləcək

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi paraatletika idman növü üzrə yeni istedadların aşkar edilməsi, əlilliyi olan şəxslərin idmana cəlb olunmasının təşviq edilməsi və milli komanda üçün perspektivli idmançılardan ibarət ehtiyat bazasının formalaşdırılması məqsədilə Açıq Qapı Günü keçirəcək.
Azturkxeber.az xəbər verir ki, Açıq Qapı Günü çərçivəsində 12-17 yaş aralığında olan iştirakçılar paraatletikanın qaçış, uzunluğa tullanma və nüvə itələmə növləri üzrə öz bacarıqlarını sınamaq və mütəxəssislərin nəzarəti altında ilkin qiymətləndirmədən keçmək imkanı əldə edəcəklər.
Tədbir 17 sentyabr 2026-cı il tarixində saat 12:00-dan 14:00-dək Bakı Atletika Mərkəzində keçiriləcək.
Açıq Qapı Günündə aşağıdakı əlillik meyarlarına uyğun olan 12-17 yaşlı şəxslər iştirak edə bilərlər:
* Qolun dirsəkdən aşağı və ya yuxarı hissəsinin inkişafdan qalması və ya amputasiyası;
* Aşağı ətrafın inkişafdan qalması və ya amputasiyası;
* Görmə məhdudiyyəti;
* Normal dərəcədə kiçikboyluluq (cırtdanboyluluq);
* Serebral iflic.
Milli Paralimpiya Komitəsi bu təşəbbüslə paraatletikanın daha geniş kütlələr arasında təbliğini, yeni istedadların üzə çıxarılmasını və gələcəkdə milli komandanın heyətinə cəlb oluna biləcək perspektivli idmançıların müəyyənləşdirilməsini hədəfləyir.
İştirak etmək istəyənlər 055 213 20 25 nömrəsinə WhatsApp vasitəsilə yaza bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: