azturkxeber.az
http://azturkxeber.az

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları atletika yarışında yüksək nəticələr əldə ediblər

12-09-2025

IMG


11 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atletika Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib.

Yarışda 60, 400, 800 metr məsafəyə qaçış və uzunluğa tullanma idman növü üzrə mübarizə aparıblar.

Yarışda iştirak edən FHN-in əməkdaşları yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, kişilər arasında 60 metr məsafəyə qaçış üzrə yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları daxili xidmət çavuşu İlkin Əlizadə bütün rəqiblərini üstələyərək qızıl, daxili xidmət çavuşu Yevqeniy Kasilov isə gümüş medala sahib çıxıblar. Qadınlar arasında 60 metrə məsafəyə qaçış üzrə yarışda İdman-sağlamlıq klubunun əməkdaşı Zəkiyyə Kərimli qızıl, Nazirliyin Aparatının əməkdaşı Mələkxanım Məmmədova gümüş, Bakı Regional Mərkəzinin əməkdaşı baş leytenant Leyla Əliyeva bürünc medala yiyələniblər.

Bundan əlavə kişilər arasında 800 metr məsafəyə qaçış üzrə yarışda Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Əli Hacıyev qızıl, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı baş gizir Cəlal Süleymanov gümüş, Bakı Regional Mərkəzinin əməkdaşı kapitan İlqar Məmmədov isə bürünc medala yiyələnməyi bacarıblar. 400 metrə qaçış üzrə yarışda qadınlar arasında Mələkxanım Məmmədova 1-ci yerə, Leyla Əliyeva 2-ci, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Pəri Rəhimova isə 3-cü yerə layiq görülüb. Uzunluğa tullanma yarışında kişilər arasında Yevgeniy Kasilov qızıl, qadınlar arasında isə Zəkiyyə Kərimli qızıl, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Əfsanə Mehdiyeva gümüş medalın sahibi olublar. Ümumilikdə FHN-in atletika üzrə yığma komandası çempion adını qazanmağı bacarıb.

Qaliblərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallar təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930