Beynəlxalq tədbirdə

Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 2-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində deputatımız “İnformasiya Texnologiyaları və İnnovasiya Fondu” (İTİF) tərəfindən təşkil olunacaq bir sıra görüşlərdə iştirak edəcək.
Tədbir çərçivəsində süni intellekt, rəqəmsal inkişaf, yaşıl enerji, innovasiya və texnoloji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Səfər sentyabrın 6-da başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: