azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın çimərlik voleybolu üzrə milli komandaları Avropa çempionatlarında iştirak edəcəklər

01-09-2026

Azərbaycanın çimərlik voleybolu üzrə milli komandaları sentyabrda keçiriləcək müxtəlif yaş qrupları üzrə Avropa çempionatlarında iştirak edəcəklər.

Azturkxeber.az xəbər verir ki, ilk olaraq U-20 milli komandalarımız 3-6 sentyabr tarixlərində İtaliyanın Battipaglia şəhərində təşkil olunacaq Avropa çempionatında mübarizə aparacaqlar. Yarışda ölkəmizi oğlanlar arasında İbrahim Məmmədov/Muhamməd Aslanlı, qızlar arasında isə Səbinə Əlizadə/Leyla Əliyeva cütləri təmsil edəcək.

Daha sonra U-22 milli komandalarımız 10-13 sentyabr tarixlərində İspaniyanın Madrid şəhərində baş tutacaq Avropa çempionatında iştirak edəcəklər. Bu yaş qrupunda Azərbaycanı oğlanlar arasında İbrahim Məmmədov/Muhamməd Aslanlı, qızlar arasında isə Səbinə Əlizadə/Leyla Əliyeva cütləri təmsil edəcək.

U-18 milli komandalarımız isə 17-20 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Bu yarışda oğlanlar arasında Emil Safronov/Tamerlan Tağıyev, qızlar arasında isə Dilarə Ağayeva/Leyla Əliyeva cütü ölkəmizi təmsil edəcək.

Milli komandalarımıza Avropa çempionatlarında uğurlar arzulayırıq!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930