Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı əsasında 31 avqust – 2 sentyabr tarixlərində Azərbaycan çempionatı keçiriləcək.
AKAF-dan Azturkxeber.az-a verilən məlumata görə, akademik avarçəkmə, kayak və kanoe üzrə baş tutacaq yarış Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq. Ölkə çempionatında Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.
Yarışda avarçəkənlər akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda mübarizə aparacaqlar. Həmçinin Azərbaycan çempionatında ilk dəfə olaraq kayak növündə qarışıq cütlüklərin yarışı baş tutacaq.
Qeyd edək ki, ölkə çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq ənənəvi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: