Azərbaycan cüdoçuları İspaniya Super Kubokunda iki qızıl medal qazanıb



Valensiyada beynəlxalq təlim-məşq toplanışında iştirak edən Azərbaycan milli komandası İspaniya Super Kubokunda qüvvəsini sınayıb.
Cüdo Federasiyasından Azturkxeber.az-a bildirilib ki, yığmamızın üzvləri Zelim Tçkayev (-90 kq) və Murad Fətiyev (-100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı 22 avqustda başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: