Ölkənin bəzi bölgələrində leysan və şimşəkli hava müşahidə olunur

Avqustun 16-sı saat 10:00 olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır.
Milli Hidrometeorologiya Xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 40 (aylıq normanın 48%-i), Zaqatalada 11, Qubada 9, Ağstafa, Lənkəranda 7, Daşkəsən, Tovuzda 5, Qusarda 4, Xaltanda 3, Lerik, Qaxda 2, Qrız, Altıağac, Şəki, Gədəbəy, Şəmkirdə 1 mm-dək qeydə alınıb.
Şahdağ, Altıağac, Şəmkir, Göygöl, Qax (Sarıbaş), Daşkəsən, Gədəbəydə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21, Neftçalada isə cənub-şərq küləyinin maksimal sürəti 20 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 36, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti müşahidə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: