azturkxeber.az
http://azturkxeber.az

Mustafa Çiftçi: Azərbaycandakı əməliyyat qətiyyətimizin bariz nümunəsidir

16-08-2026



Türkiyənin Daxili İşlər naziri Mustafa Çiftçi Azərbaycanda yaxalanaraq Türkiyəyə təhvil verilən cinayətkarla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Azturkxeber.az Türkiyənin Azərbaycandakı səfirliyinin məlumatına istinadən bildirir ki, bunu Türkiyə Respublikasının Daxili İşlər naziri Mustafa Çiftçi bildirib.

Nazir bildirib ki, xalqın əmin-amanlığına qəsd edənlər dünyanın heç bir yerində təhlükəsiz sığınacaq tapa bilməyəcəklər.

“İstər ölkəmizin daxilində, istərsə də dünyanın o biri ucunda olsun, mütəşəkkil cinayətkar dəstələrə, küçə quldurlarına və övladlarımızın gələcəyini zəhərləyən narkotik tacirlərinə əsla imkan verməyəcəyik.

Xalqımızın əmin-amanlığına qəsd edən, qanun tanımayan cinayətkar şəbəkələrin üzvlərini gizləndikləri yuvalardan çıxararaq mütləq ədalətə təhvil verəcəyik.

Azərbaycanda yaxalanaraq Türkiyə ədalətinə təhvil verilən həmin cinayətkar isə bu istiqamətdəki qətiyyətimizin ən bariz nümunəsidir.

Bu uğurlu sərhədyanı əməliyyatın həyata keçirilməsində əməyi olan, başda qəhrəman polis əməkdaşlarımız olmaqla, Ədliyyə Nazirliyimizə və dəstəyini əsirgəməyən azərbaycanlı qardaşlarımıza ürəkdən təşəkkür edirəm.

Nazir sonda Türkiyənin əmin-amanlığı naminə yorulmadan, usanmadan və heç bir güzəştə getmədən mübarizəmizi davam etdirəcəyik”, – deyə vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31