azturkxeber.az
http://azturkxeber.az

Əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbirləri Xankəndi, Şuşa, Xocalı, Kəlbəcər və Laçını əhatə edib

15-08-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması məqsədilə növbəti maarifləndirmə tədbirləri keçirilib.

Azturkxeber.az xəbər verir ki, Xankəndi, Şuşa, Xocalı, Kəlbəcər və Laçında təşkil olunan ümumilikdə 25 maarifləndirmə tədbiri 82 müəssisəni əhatə edib. Tədbirlərdə işəgötürənlərin nümayəndələri və işçilərdən ibarət 700-ə yaxın şəxs iştirak edib.

Maarifləndirmə tədbirləri Xidmətin, Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlarının iştirakı ilə keçirilib.

Tədbirlər zamanı iştirakçılara əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalatda mövcud risklərin müəyyən edilməsi və onların qarşısının alınması ilə bağlı ətraflı məlumat verilib.

Eyni zamanda, əməyin təhlükəsizliyi sahəsində tətbiq olunan dövlət standartları, iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, işçilərin sağlamlığının qorunması və bədbəxt hadisələrin qarşısının alınması istiqamətində görülməli tədbirlər diqqətə çatdırılıb.

Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, onlara əməyin mühafizəsinə dair yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31