BDYPİ sürücülərə müraciət edib: Uşaqların avtomobildə təhlükəsiz daşınmasına diqqət yetirilməlidir

Avtomobildə sərnişinlərin, xüsusilə uşaqların daşınması zamanı təhlükəsizlik qaydalarına diqqətlə yanaşmaq onların həyat və sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Daxili İşlər Nazirliyindən Azturkxeber.az-a bildirilib ki, bəzən hərəkətdə olan avtomobillərdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi, uşaqların avtomobilin pəncərəsindən bədənlərinin hər hansı hissəsini çıxarması, eləcə də ayaqüstə dayanması kimi təhlükəli hallara rast gəlinir. İlk baxışdan adi görünən bu cür davranışlar gözlənilməz vəziyyət zamanı ciddi xəsarətlərə səbəb ola bilər.
Xüsusilə uşaqların avtomobildə daşınması zamanı valideynlərin və sürücülərin üzərinə böyük məsuliyyət düşür. Uşaqların yaş və çəkilərinə uyğun təhlükəsizlik vasitələrindən, o cümlədən uşaq oturacaqlarından istifadə olunması, onların təhlükəsizlik kəməri ilə düzgün şəkildə bağlanması vacibdir.
Unutmayaq ki, onların təhlükəsizliyi ilk növbədə böyüklərin diqqətindən və məsuliyyətli davranışından asılıdır.
Təhlükəsiz yol – diqqətli və məsuliyyətli davranışdan başlayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: