azturkxeber.az
http://azturkxeber.az

İndoneziya səfiri ilə görüş keçirilib

10-08-2026

İndoneziya səfiri ilə keçirilən görüşdə Azərbaycan və İndoneziya arasında qarşılıqlı investisiya imkanları və müxtəlif sahələr üzrə potensial əməkdaşlıq məsələləri müzakirə olunub.

Azturkxeber.az xəbər verir ki, ixracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyəti, sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın və investisiyaların təşviqi mexanizmləri barədə məlumat verib. Səfir Berlian Helmi Azərbaycanla İndoneziya arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan və İndoneziya arasında mümkün əməkdaşlıq istiqamətləri, ixrac potensialına malik məhsullar və gələcəkdə iqtisadi forumun keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər tikinti, kənd təsərrüfatı, turizm, əczaçılıq, qida və içki sənayesi sahələrində potensial tərəfdaşlıq imkanlarını nəzərdən keçiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31