Muxtar respublikanın xarici ticarət dövriyyəsi 22,5 faiz artıb

Cari ilivar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 70 milyon 470 min 950 ABŞ dolları təşkil edib.n yan
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ticarət dövriyyəsinin 6 milyon 649 min 400 dollarını və ya 9,4 faizini ixrac olunmuş məhsulların, 63 milyon 821 min 550 dollarını və ya 90,6 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 22,5 faiz, o cümlədən idxal 23,4 faiz, ixrac isə 14,4 faiz artıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: