azturkxeber.az
http://azturkxeber.az

Avropa Liqası: “Qarabağ” İslandiya klubuna qarşı

16-07-2026

Avropa Liqası: “Qarabağ” İslandiya klubuna qarşı

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün I təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Azturkxeber.az xəbər verir ki, Ağdam klubu İslandiyanın “Vestri” komandasının qonağı olacaq.

Reykyavik şəhərində yerləşən “Trottarvöllur” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Qarşılaşmanı Çexiyadan olan FIFA referisi Marek Radina idarə edəcək.

Qeyd edək ki, Bakıda baş tutan ilk oyunda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi II raundda MOİK (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031