azturkxeber.az
http://azturkxeber.az

Türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə olublar

23-04-2026

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə olub, bir sıra tarixi abidələri ziyarət ediblər. Nümayəndə heyətinə Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Həmçinin hərbi qulluqçular 44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlı xatirələrini bölüşüblər.

N hərbi hissəsini ziyarət edən türkiyə nümayəndə heyəti burada yaradılan şərait ilə tanış olub. Qonaqlara torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən bölmələrin döyüş yolu haqqında geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Türkiyə MMU-nun nümayəndə heyəti səfər proqramına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunu ziyarət edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930