azturkxeber.az
http://azturkxeber.az

Rza Pəhləvi Berlində hücuma məruz qalıb

23-04-2026

İranın sürgündəki vəliəhd şahzadəsi Rza Pəhləvi Almaniyanın paytaxtı Berlində hücuma məruz qalıb.

Azturkxeber.az xəbər verir ki, Berlində mətbuat konfransı keçirdiyi binadan çıxarkən onun üzərinə boya maddəsi atılıb. Hücumu törədən şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, R. Pəhləvi mətbuat konfransında İranın daxili siyasəti ilə bağlı kəskin bəyanatlar səsləndirib. O, xüsusilə Amerika Birləşmiş Ştatları və İran arasındakı atəşkəs razılaşmasını tənqid edib.

Berlinə səfəri zamanı Almaniyanın hökumət üzvləri tərəfindən R. Pəhləvi ilə heç bir görüş planlaşdırılmayıb. Keçmiş şahzadə bu münasibətdən narazılığını bildirib. Lakin onun Bundestaqın bir sıra üzvləri ilə görüşü nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930