azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən “Əlilliyi olan şəxslərin bərabərlik hüquqlarının təmini” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib

23-04-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Mexanizm və müstəqil monitorinq mexanizmi mandatı çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həmin müəssisədə saxlanılan əlilliyi olan təqsirləndirilən şəxslərin iştirakı ilə “Əlilliyi olan şəxslərin bərabərlik hüquqlarının təmini” mövzusunda hüquqi maarifləndirici görüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri, Milli Preventiv Qrupun üzvü Səbuhi Abbasov ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, sosial təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiyası sahəsində məqsədyönlü işlərin aparıldığını qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikası 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulub və Konvensiyadan irəli gələn öhdəliklər uğurla yerinə yetirilir.

Eyni zamanda, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olduğu qeyd edilib. Bildirilib ki, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa edilmiş dəyişikliklərə əsasən Müvəkkilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi səlahiyyəti verilib.

Tədbirdə əlilliyi olan şəxslərin hüquqları, o cümlədən təqsirləndirilən şəxslərin hüquqları və həmin hüquqların müdafiəsi mexanizmləri, əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkiliyin yolverilməzliyi və bərabərlik hüquqlarının təmin edilməsi barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930