Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında ən çox pay Şimali Amerikaya məxsusdur
Martın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 26,5 faizi Şimali Amerika, 25,9 faizi Avropa, 8 faizi Asiya, 1,4 faizi Yaxın Şərq, 0,9 faizi Avstraliya-Yeni Zelandiya, 0,1 faizi Latın Amerikası, 0,02 faizi Afrika ölkələri təşkil edib.
Bu barədə ARDNF-in 2026-cı ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.
Həmçinin investisiya portfelinin 35,6 faizini qızıl, 1,6 faizini beynəlxalq maliyyə təşkilatları təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: