azturkxeber.az
http://azturkxeber.az

Misirlə özəl sektor üzrə tərəfdaşlıq müzakirə olunub

23-04-2026

AZPROMO-da Misir səfiri ilə keçirilən görüşdə qarşılıqlı biznes missiyalarının təşkili və investisiyaların təşviqi üzrə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azturkxeber.az xəbər verir ki, ixracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, Misirlə iqtisadi və ticarət əlaqələri barədə məlumat verib.

Səfir Houssam-Eldine Reda ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın dərinləşməsi, yeni biznes təşəbbüslərinin yaranması üçün əlverişli şəraitin olduğunu qeyd edib.

Görüşdə ölkələrimiz arasında potensial əməkdaşlıq istiqamətləri, eləcə də qarşılıqlı işgüzar səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb. Əczaçılıq, turizm, nəqliyyat, rabitə, tikinti və infrastruktur sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər özəl sektor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi, biznes missiyalarının təşkili və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930