azturkxeber.az
http://azturkxeber.az

BTQ-nin təşkil etdiyi beynəlxalq konfrans dünya mediasında

23-04-2026

BTQ-nin təşkil etdiyi beynəlxalq konfrans dünya mediasında

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkil etdiyi neokolonializm və qlobal bərabərsizliyə həsr olunmuş beynəlxalq konfrans dünya mediası və akademik dairələrin diqqət mərkəzində qalmaqda davam edir.

Azturkxeber.az xəbər verir ki, Kamerunda fəaliyyət göstərən və ABŞ, Böyük Britaniya, Çin də daxil olmaqla 10-dan çox ölkədə təmsil olunan “Kesmonds International University”nin rəsmi internet səhifəsində konfransa dair “Colonial Inequality in Focus: Reflections from the Baku Initiative Group Conference” (“Müstəmləkə bərabərsizliyi diqqət mərkəzində: Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi konfransdan düşüncələr”) adlı analitik məqalə dərc olunub.

Məqalədə qeyd edilir ki, tədbirdə ilk dəfə olaraq müstəmləkə ərazilərində birbaşa fəaliyyət göstərən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçilik mövzusuna həsr olunmuş Virtual Muzey layihəsində iştirak edən ekspertlər, eləcə də həmin ərazilərdəki müstəqillik hərəkatlarının rəhbərləri və neokolonializm üzrə ixtisaslaşmış tədqiqatçılar bir araya gəliblər. Eyni zamanda, universitet nümayəndələrinin iştirakı Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin geniş coğrafiyanı əhatə etdiyini göstərir.

Analitik materialda vurğulanır ki, müxtəlif sahələrdən olan ekspertlərin vahid platformada toplanaraq kolonializm və neokolonializmin ağır nəticələri, tarixi ədalət və məsuliyyət məsələlərini müzakirə etməsi BTQ-nin qlobal səviyyədə nüfuzlu diskussiya platformasına çevrildiyini nümayiş etdirir.

Konfrans çərçivəsində kolonializm və neokolonializmin yaratdığı qlobal bərabərsizlik, iqtisadi istismar, yerli əhalinin torpaqlarından məhrum edilməsi, sərvətlərin qeyri-bərabər bölüşdürülməsi, məcburi əmək və köləlik, irqi ayrı-seçkilik, təhsilə çıxışın məhdudlaşdırılması kimi problemlər geniş şəkildə müzakirə olunub. Xüsusilə Haitinin müstəqillikdən sonra üzərinə qoyulan təzminat öhdəlikləri nəticəsində uzunmüddətli borc yükü altında qalması nümunə kimi diqqətə çatdırılıb.

Məqalənin sonunda qeyd olunur ki, Bakı Təşəbbüs Qrupu yalnız tarixi ədalət məsələlərini gündəmə gətirməklə kifayətlənmir, həm də müasir dünyada bu problemlərin aradan qaldırılması üçün davamlı və konstruktiv həll yolları təklif edən qlobal düşüncə platforması kimi çıxış edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930