azturkxeber.az
http://azturkxeber.az

X sosial şəbəkəsinin işində dünyanın müxtəlif ölkələrində istifadəçilərə təsir edən qlobal nasazlıq baş verib

16-02-2026

X sosial şəbəkəsinin işində qlobal nasazlıq qeydə alınıb və bu problem dünyanın müxtəlif ölkələrində istifadəçilərə təsir edib. İnternet xidmətlərində yaranan fasilələri izləyən Downdetector platformasının məlumatına görə, sosial şəbəkəyə girişlə bağlı problemlər Bakı vaxtı ilə saat 17:00 radələrində müşahidə olunmağa başlayıb.

Bildirilir ki, istifadəçilər hesablarına daxil olmaqda, lenti yeniləməkdə və platformanın ayrı-ayrı funksiyalarından istifadə etməkdə çətinliklərlə üzləşirlər. Nasazlıqlar Azərbaycanda da müşahidə olunur. Hazırda problemin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728