azturkxeber.az
http://azturkxeber.az

Yerli probasiya qurumlarında ödənişsiz hüquqi yardımlar göstərilib

30-04-2025

Ədliyyə Nazirliyinin Probasiya xidməti və Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə Bakı şəhərində və digər regionlarda mütəmadi olaraq ödənişsiz hüquqi yardımlar göstərilir.

Aprel ayı ərzində Bakı şəhər Probasiya idarəsinin və Sumqayıt şəhər probasiya şöbəsinin qeydiyyatında olan məhkumlar üçün növbəti hüquqi yardım aksiyaları həyata keçirilib.

Yerli icra məmurlarının (probasiya üzrə) iştirakı ilə vəkillər tərəfindən probasiya qeydiyyatında olan ümumilikdə 50-ə yaxın şəxs qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.

Həmin şəxslərə vaxtından əvvəl şərti azadetmə, apellyasiya şikayətlərinin verilməsi, məhkumluğun götürülməsi, əvf üçün müraciətlərin edilməsi və digər hüquqi məsələlərə dair məsləhətlər və izahatlar verilərək ödənişsiz hüquqi yardımlar göstərilib.

Qeyd edək ki, 2025-ci il üçün Tədbirlər Planına əsasən bu cür aksiyalar il ərzində respublikamızın digər regionlarında da mütəmadi olaraq davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930