Azərbaycanın baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti sabah başa çatır

Azərbaycanın baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti sabah başa çatır.
Qanunvericiliyə əsasən, baş prokuror beş il müddətinə təyin olunur. Hazırda Kamran Əliyevin səlahiyyətlərinin uzadılması və ya yeni namizədin irəli sürülməsi ilə bağlı qərar gözlənilir. Yaxın günlərdə bu məsələ ilə bağlı Prezident tərəfindən Milli Məclisə təqdimat göndəriləcək. Təqdimat parlamentin plenar iclasının gündəliyinə daxil ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: