azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb

30-04-2025

İordaniyada səfərdə olan Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov İordaniya Taekvondo Federasiyasının prezidenti şahzadə Rəşid bin Əl Həsənlə görüşüb.

Görüşdə müvafiq olaraq Azərbaycan və İordaniyada taekvondonun inkişafı sahəsində görülən işlərdən, əldə edilmiş nailiyyətlərdən danışılıb, idmanın bu növünün populyarlığının artırılması məqsədilə hər iki federasiya arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib və geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda “Azərbaycan Taekvondo Federasiyası və İordaniya Taekvondo Federasiyası arasında taekvondonun inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu” imzalanıb.

Memorandum çərçivəsində Azərbaycan və İordaniya arasında idmanın taekvondo növü üzrə əlaqələrin gücləndirilməsi məqsədilə qarşılıqlı təlim-məşq toplanışları, seminarlar, idmançı və məşqçilərin təcrübə mübadiləsi və digər məsələlər üzrə əməkdaşlıq nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930