azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub

30-04-2025

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyinatı olub.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə təyin edilib.
Bakı şəhərində anadan olan SəidəTağızadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasını (fortepiano, organ, klavesin) bakalavr, 2008-ci ildə isə (fortepiano ixtisası, musiqişünaslıq) magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.
2016-cı ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.
S.Tağızadə indiyədək Azərbaycanla yanaşı, Böyük Britaniya, Polşa, Rusiya, Finlandiya, ABŞ, Cənubi Afrika, Cənubi Koreya, Avstriya, İsveçrə, İtaliya, Bolqarıstan, Latviya, Fransa və s. ölkələrdə konsertlərdə çıxış edib.
O, uşaq və yeniyetmələrin mədəni inkişafı ilə bağlı sənət layihələrinin təşkilatçısıdır. Müəllifi və rəhbəri olduğu ənənəvi "Simurq” musiqi festivalı Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətmək məqsədi daşıyan diqqətəlayiq layihələrdəndir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930