azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunla Azərbaycan işarət dili artıq ünsiyyət dili kimi rəsmi tanınır

27-04-2025

Yeni qanunvericilik aktları ilə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi də “əlilliyi olan uşaqlar” ifadəsi ilə əvəzlənib.
Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının daha da artırılmasına, o cümlədən eşitmə qabiliyyəti tam məhdud olan şəxslərin digərləri ilə bərabər səviyyədə informasiya əldə etmələrinə, öz fikirlərini, ideyalarını sərbəst ifadə etmələrinə daha geniş şərait yaradılmasına, habelə müvafiq qanunvericilikdə təkmilləşdirmələrin aparılmasına xidmət edir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərlə Qanuna Azərbaycan işarət dili və əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması ilə bağlı yeni maddələr əlavə edilib.
Bu maddələrdə bildirilir ki, Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir. Dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir.
Qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır.
Qanunla dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edəcəklər.
Həmçinin Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirməklə, dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq ediləcək.
Yeni qanunvericilik aktları ilə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi də “əlilliyi olan uşaqlar” ifadəsi ilə əvəzlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930