Milli Məclisin deputatı Arzu Nağıyev Vətən müharibəsi şəhidi Rzayev Hüseyn Aslan oğlunun ailəsinin şad günündə iştirak etdi
Bu gün 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə Milli Məclisin deputatı Arzu Nağıyev rayon rəhbərliyi ilə birlikdə Gədəbəy rayonunun Novosaratovka kəndində Vətən müharibəsi şəhidi Rzayev Hüseyn Aslan oğlunun ailəsinin şad günündə iştirak etdi.
Şənlik mərasimində çıxış edən millət vəkili şəhidin adını daşıyan körpənin dünyaya gəlməsi münasibətilə ailəni təbrik edib, körpəyə gələcək həyatında can sağlığı, uzun ömür, şəhidimizin adına, dövlətinə və millətinə layiq övlad olmasını arzu etdi.