azturkxeber.az
http://azturkxeber.az

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80-ci ildönümünə həsr olunmuş forumda

25-04-2025

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80-ci ildönümünə həsr olunmuş forumun işində iştirak etmək üçün aprelin 28-də Rusiya Federasiyasının Volqoqrad şəhərinə səfər edəcək.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Forum Qələbənin 80 illiyinə, faşizmə qarşı döyüşənlərin qəhrəmanlığını əks etdirən tarixi həqiqətlərin qorunub saxlanılmasına və müdafiəsinə, eləcə də gənc nəslin əxlaqi-mənəvi dəyərlər əsasında vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətinə həsr olunub.
Səfər aprelin 30-da başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930