azturkxeber.az
http://azturkxeber.az

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

25-04-2025

2025-2026-cı tədris ilinə ümumi təhsil müəssisələrinin II və VI sinifləri üçün təkmilləşdirilmiş və ya yeni hazırlanmış dərslik və onunla komplekt təşkil edən metodik vəsaitlərinə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq.

Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, xüsusi ayrılmış sahədə irad və təklifləri qeyd etmək mümkündür. İrad və təkliflər derslik@edu.gov.az elektron ünvanına da göndərilə bilər.

Elm və Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930