azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda futbol hakimi yüksək vəzifəyə təyin olunub

22-04-2025


Azturkxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) məlumat yayıb. Bildirilib ki, AKTA-nın operativ fəaliyyətinin və sistemli inkişafının təmin edilməsi məqsədilə təşkilat daxilində struktur dəyişikliyi aparılaraq İcra Aparatı formalaşdırılıb.

Ümumi yığıncağın qərarına əsasən, idarə heyətinin sədr müavini Rauf Cabarov AKTA-nın icraçı direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rauf Cabarov həm də futbol hakimi olaraq fəaliyyət göstərir. O, 2003-cü ildə futbol hakimi karyerasına başlayıb, 2019-cu ildən isə FIFA bayrağı altında matçlara təyinat alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930