azturkxeber.az
http://azturkxeber.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 9 nəfərlik yeni tərkibi seçildi

18-04-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 9 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

Seçkinin təşkili məqsədilə Nazirlikdə 9 nəfərdən (Nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib.

İctimai şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutlarından 12 nəfərin namizədliyi təsdiq edilib.

Səsvermədə iştirak üçün qeydiyyata alınmış 89 nəfər QHT və media nümayəndəsinin iştirakı ilə obyektiv, şəffaf şəkildə keçirilən seçkinin nəticəsi olaraq aşağıda qeyd edilən 9 nəfər Nazirlik yanında İctimai şuranın üzvləri seçiliblər:

Məmmədov Elşad Yaqub oğlu - “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı İctimai Birliyinin sədr müavini
Nuriyeva Zülfiyyə Səfər qızı - “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri
Əzimzadə Aslan Cavid oğlu - “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin üzvü
Rizazadə İradə Bağır qızı - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri
Mahmudova Ramilə Rasim qızı - "İnklüziv Cəmiyyət Naminə" Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri
Məmmədov Sahib Məlik oğlu - “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri
Məmmədzadə Bəhruz Qasım oğlu - “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri
Qasımov Rey Kərim oğlu - "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri
Quliyev Cəmaləddin Əlibala oğlu - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müşaviri
“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şura Nazirliyin fəaliyyətində ictimai iştirakçılığı, aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakını, ictimai nəzarəti təmin edir.

Həmin Qanuna əsasən şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir vətəndaş cəmiyyəti institutları tərəfindən şuranın yeni tərkibi seçilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930