azturkxeber.az
http://azturkxeber.az

İlin fotosu seçildi..

18-04-2025


2024-cü ildə Qəzza zolağına hücum zamanı qollarını itirən 9 yaşlı fələstinli uşağın fotosu "İlin fotosu" seçilib

Azturkxeber.az xəbər verir ki, seçimlər "World Press Photo" tərəfindən edilib.

Ürək parçalayan fotonu fotoqraf Samar Abu əl-U çəkib. Fotoda daha sonra ailəsi ilə birlikdə Qətərə təxliyə edilən Mahmud Ajur əks olunub. Orada oğlan lazımi müalicəni alıb, hazırda telefondan istifadə etməyi, yazı yazmağı, ayağı ilə qapını açmağı öyrənir.

Fotonun müəllifinin qeyd etdiyi kimi, bu layihə üzərində işləmək çətin təcrübə olub. Qadın Qəzzadan kənarda fələstinlilərin həyatındakı çətinlikləri göstərməyə çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930