Böyük Britaniyada iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində “SeaCURE” adlı layihənin sınaqları başlayıb.
Birləşmiş Krallıq hökuməti tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi dəniz suyundakı karbon qazının çıxarılması imkanlarını araşdırmaqdır.
Layihə çərçivəsində karbon qazını birbaşa havadan deyil, dəniz suyundan çıxarmağın mümkünlüyü sınaqdan keçirilir. Bu, suyun karbon qazını havadan daha yüksək konsentrasiyada saxlaması ilə izah edilir. Layihə uğurlu olsa, dənizlər iqlim dəyişikliyi ilə mübarizədə yeni və səmərəli resursa çevrilə bilər.
Qeyd edək ki, alimlər qlobal istiləşmənin əsas səbəbi olan istixana qazı emissiyalarının azaldılmasını prioritet məsələ hesab edirlər. Bununla yanaşı, atmosferə buraxılmış karbon qazının müəyyən hissəsinin tutulmasının da zəruri olduğu bildirilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!