azturkxeber.az
http://azturkxeber.az

"Atəş açan silahlar deyil, insanlardır" - Tramp

18-04-2025

ABŞ Prezidenti Donald Tramp Florida Dövlət Universitetində (Florida ştatı, Tallahassee yaxınlığında) atışmanı “rüsvayçılıq” adlandırıb.
Azturkxeber.az xəbər verir ki, o bu barədə Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ lideri bildirib ki, silah qanunlarına dəyişiklik etmək istəmir:
"Baxın, mən İkinci Düzəlişin böyük tərəfdarıyam, əvvəldən belədir. Hadisələr qorxuncdur, amma atəş açan silahlar deyil, insanlardır".
CNN yazır ki, ilk prezidentlik dövründə Tramp silah alışı ilə bağlı arxa plan yoxlamalarına açıq olacağını deyib. Lakin sonradan bu şərhləri geri götürüb.
Xatırladaq ki, aprelin 17-də Florida Universitetində baş verən atışma nəticəsində 5 nəfər həlak olub, 4 nəfər yaralanıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930