Ağstafada Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş elmi-praktiki seminar keçirilib

"Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Yeni elmi araşdırmalar, Qazax - Ağstafa bölgəsinin maddi mədəni irsi və Ağalıqtəpədə aparılmış elmi-arxeoloji tədqiqatların ilkin yekunları” mövzusunda elmi-praktiki seminar təşkil olunub.
Seminarın keçirilməsində əsas məqsəd bölgənin tarixini, mədəni irsini yaşatmaq və gənc nəslə təbliğ etməkdir. Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş elmi-praktiki seminarda Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
İştirakçılar öncə qoruq ərazisində aparılmış elmi-tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri və qoruğa məxsus çap məhsullarından ibarət sərgi ilə tanış olublar. Çıxış edənlər ölkəmizdə, o cümlədən “Keşikçidağ” mağaralar kompleksindəki abidələrin tədqiq edilməsi, qorunması, gələcək nəsillərə ötürülməsi sahəsində görülən işlərdən bəhs ediblər.
Elmi-praktiki seminarın rəsmi hissəsi başa çatdıqdan sonra yerli və xarici mütəxəssislərin iştirakı ilə Ceyrançöldə yerləşən “Keşikçidağ” Kurqanlar Vadisinin ərazisində yeni aşkarlanmış abidələrə elmi tur təşkil olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: