Avropa İttifaqı təmiz suyun keyfiyyətini və əlçatan olmasını yaxşılaşdıracaq, çirklənmiş çayları təmizləyəcək, yanğın və daşqınlara qarşı mühafizəni gücləndirəcək və istixana qazı emissiyalarını azaldacaq yeni strateji inteqrasiyalı layihələrin həyata keçirilməsinə 86 milyon avro ayıracaq.
Bu barədə məlumat Avropa Komissiyasının rəsmi saytında yerləşdirilib.
Rəsmilər bildiriblər ki, 2023-cü il müsabiqəsi çərçivəsində seçilən layihələrə maliyyə ayrılacaq. Onlar Danimarka, Estoniya, Polşa, Sloveniya və İslandiyada həyata keçirilir.
Layihələr milli, regional və yerli hakimiyyət orqanlarına milli və Avropa ekoloji və iqlim qanunvericiliyini həyata keçirməyə kömək edəcək. Avropa Komissiyası onlardan, həmçinin Aİ-nin digər maliyyə mənbələrindən əhəmiyyətli əlavə investisiyaların səfərbər edilməsini gözləyir. Bunlara kənd təsərrüfatı, struktur, regional və tədqiqat fondları, həmçinin milli fondlar və özəl sektor investisiyaları daxildir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
ADY innovativ həllərlə əməliyyat səmərəliliyini və təhlükəsizliyi artırır