azturkxeber.az
http://azturkxeber.az

Üsyançılar Sudanda “paralel hökumət” yaratdıqlarını elan ediblər

16-04-2025

Üsyançı Çevik Dəstək Qüvvələrinin lideri Məhəmməd Həmdan Deqlu (Həmidti) Sudanda paralel “Sülh və birlik hökuməti”nin yaradıldığını elan edib.

Silahlı qruplaşma “siyasi xartiya və keçid konstitusiyası” imzalayıb. Yeni sistemə əsasən, Sudanın bütün regionlarını təmsil edən 15 nəfərdən ibarət Prezident Şurası da təsis ediləcək.

Qeyd edilməlidir ki, Sudanda 3 il davam edən vətəndaş müharibəsi nəticəsində on minlərlə insanın öldüyü bildirilir. Yüz minlərlə insan aclıqla üzləşib. 13 milyon nəfər qaçqın və köçkünə çevrilib.

Üsyançı Çevik Dəstək Qüvvələrinin Sudanın Darfur bölgəsində Zəmzəm və Əbu Şuk məcburi köçkün düşərgələrinə 4 gün davam edən hücumu nəticəsində 450 nəfər həyatını itirib. Mərkəzi hakimiyyətə qarşı çıxan qüvvələrin son günlər əl-Faşir bölgəsinə hücumu isə on minlərlə sakinin evlərini tərk etməsinə səbəb olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930