Mirzoyan: Sülh müqaviləsi olmadan da əlaqələr AÇILA BİLƏR!
Azturkxeber.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, sülh müqaviləsi imzalanmazdan əvvəl də Azərbaycanla əlaqələrin açılmasına hazırdırlar.
“Biz Azərbaycana çox konstruktiv, qarşılıqlı məqbul təkliflə çıxış etdik. Əgər müsbət cavab olarsa, bu prosesi sülh müqaviləsi ilə birləşdirmədən də infrastrukturun açılmasına başlaya bilərik”, – deyə Mirzoyan vurğulayıb.