azturkxeber.az
http://azturkxeber.az

Hacıqabul Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib

16-04-2025

Hacıqabul Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkında investisiya həcmi 183 milyon manatdan çox olan 12 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

İZİA-dan bildirilib ki, sahibkarlar tərəfindən sənaye parkına 59 milyon manatdan çox investisiya yatırılıb, 360-dan artıq daimi iş yeri yaradılıb.

Növbəti mərhələdə mövcud layihələr üzrə parka əlavə 124 milyon manatdan çox investisiyanın yatırılması, 1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İndiyədək sənaye parkında 280 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 4 milyon manatlıq hissəsi ixracın payına düşür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930