azturkxeber.az
http://azturkxeber.az

Google axtarış sistemi bütün dünyada istifadəçiləri “google.com”a keçirəcək

16-04-2025

Google axtarış sistemi bütün dünyada istifadəçiləri “google.com”a keçirəcək

Tarixən dünyanın müxtəlif ölkələrində Google axtarış sistemi Azərbaycanda “google.az” və ya Türkiyədə “google.tr” kimi milli yüksəksəviyyəli domenlərdən istifadə edir. Bu, tezliklə dəyişəcək və Google axtarış sistemi coğrafi yerindən asılı olmayaraq dünyanın bütün istifadəçiləri üçün “google.com” saytında əlçatan olacaq.

“Google” yerli uyğun axtarış nəticələrini təqdim etmək üçün əvvəlcə milli yüksəksəviyyəli domenlərdən istifadə edib. 2017-ci ildən etibarən şirkətin axtarış sistemi regional ünvandan və ya “google.com”dan istifadə olunmasından asılı olmayaraq müvafiq nəticələri təqdim edir. İndi isə İT nəhəngi bütün axtarış sistemləri trafikini “google.com”a yönləndirəcək ki, bu da gözlənildiyi kimi, istifadəçinin xidmətlə qarşılıqlı əlaqə prosesini sadələşdirəcək.

Qeyd olunur ki, istifadəçilər yeni URL ünvanı görəcəklər, lakin bu, heç bir şəkildə axtarış sisteminin işinə təsir etməyəcək. Bu yenilik insanların brauzerin ünvan çubuğunda gördüklərini dəyişəcək, lakin axtarış sisteminin işinə heç cür təsiri olmayacaq. Həmçinin qeyd edilir ki, bu dəyişiklik çərçivəsində istifadəçilərə axtarış parametrlərini yeniləmək təklif oluna bilər.

Axtarış sisteminin “google.com” domeninə keçirilməsi bir neçə ay çəkəcək və xidmətin bütün istifadəçiləri üçün eyni vaxtda həyata keçirilməyəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930